...

Azərbaycanın Ədliyyə Nazirliyi Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliyi təsdiq edib

Cəmiyyət Materials 17 İyul 2008 13:46 (UTC +04:00)
Azərbaycanın Ədliyyə Nazirliyi Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliyi təsdiq edib

Azərbaycan, Bakı, 17 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın Ədliyyə Nazirliyi Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliyi təsdiq edib. Bu barədə cümə axşamı Trend -a Şuranın sədri Əflatun Amaşov məlumat verib.

Mətbuat Şurasının (MŞ) Nizamnaməsinə dəyişikliklər olunması ilk dəfə ölkə jurnalistlərinin 2006-cı il dekabrın 23-də keçirilmiş IV qurultayında müzakirə edilmişdi. Bu il iyun ayının 20-də ölkə jurnalistlərinin V qurultayında isə Nizamanməyə dəyişikliklər səs çoxluğu ilə qəbul edilib.

Sənədin yeni variantında Şuranın İdarə Heyətinin səlahiyyət müddəti 2 ildən 4 ilədək artırılıb. Həmçinin MŞ üzvlərinin qurumun mərkəzi orqanlarında eyni vəzifəyə dalbadal iki müddətdən artıq seçilə bilməməsini nəzərdə tutan məhdudiyyət aradan qaldırılıb.

Azərbaycanın Mətbuat Şurası 2003-cü il martın 15-də jurnalistlərin I qurultayında yaradılıb. Şura yaradılandan quruma Amaşov sədrlik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti