...

Bolqarıstanın "Belasitsa" klubu azərbaycanlı futbolçuları transfer edə bilər

Cəmiyyət Materials 17 İyul 2008 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul / Trend , müxbir R.Ergün/ Bolqarıstanın "Belasitsa" klubu bir neçə azərbaycanlı futbolçu ilə müqavilə bağlaya bilər. Bu barədə cümə axşamı Trend -a "Belasitsa" klubunun Türkiyədən olan baş məşqçisi Naci Şensoy məlumat verib.

Şensoy uzun müddət Azərbaycanın "Turan" klubunun baş məşqçisi olub. O, "Belasitsa"dan əvvəl Türkiyənin "İstanbulspor" komandasının baş məşqçisi vəzifəsində fəaliyyət göstərib.

"Belasitsa" klubu Bolqarıstan çempionatının yüksək liqasında çıxış edir.

Türkiyəli məşqçi deyib ki, rəhbərlik etdiyi komandaya bir neçə azərbaycanlı futbolçunun transfer olunması mümkündür. "Hələ ki, ad açıqlaya bilmərəm. "Belasitsa" gənc futbolçulardan təşkil olunmuş komandadır. Hesab edirəm ki, klubumuzda bir neçə azərbaycanlı futboluçunun çıxış etməsi mümkündür", - deyə Şensoy əlavə edib.

Şensoy "İstanbulspor" komandasına rəhbərlik edəndə Nadir Nəbiyev və Zaur Tağızadə kimi azərbaycanlı oyunçuları Türkiyə klubuna dəvət edib.

Xəbər lenti

Xəbər lenti