...

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunan müsahibə yekunlaşıb

Cəmiyyət Materials 23 İyul 2008 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir K.Zərbalıyeva/ Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən müsahibə başa çatıb.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend-News-a verilən məlumata görə, müsahibədə iştirak etmiş 130 namizəddən 54-ü müvafiq vəzifələrə təyin olunmaq üçün dövlət orqanlarının rəhbərinə təqdim ediliblər.

Dövlət Komissiyası bu il 5 və 18 iyun tarixlərində 13 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 168 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsahibə elan edib.

Müsahibəyə ən çox vakant vəzifə çıxaran dövlət qurumu - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub. Belə ki, 168 vakant dövlət qulluğu vəzifəsindən 83-ü bu nazirliyin payına düşüb.

Müsahibədə ən çox namizəd keçən dövlət qurumu İqtisadi İnkişaf Nazirliyi olub. Belə ki, müsahibədə iştirak etmiş 130 nəfərdən 14-ü bu nazirlikdəki vakant yerlər üçün təklif olunub.

Müsahibəyə 1 vakant vəzifə çıxarmış Sənaye və Energetika Nazirliyinə heç bir namizəd qeydə alınmayıb.

Azərbaycanda dövlət qulluğunun 6-9-cu təsnifatları üzrə dövlət qulluğuna qəbulu Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası müsabiqə və müsahibə yolu ilə həyata keçirir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti