...

Azərbaycanın müxalifyönlü qəzetinin əməkdaşının ölkəni tərk etməsindən hüquq-mühafizə orqanları xəbərdardır

Cəmiyyət Materials 24 İyul 2008 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı,24 iyul / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın müxalifyönlü qəzetinin əməkdaşının ölkəni tərk etməsindən hüquq-mühafizə orqanları xəbərdardır .

"Azadlıq" qəzetinin direktoru Azər Əhməd Trend -a bildirib ki, Aqil Xəlil cümə axşamı səhər Sərhədsiz Repartyorlar Təşkilatının dəvəti ilə Fransa səfirliyinin açdığı viza ilə Fransaya gedib.

Trend -un Arayışı: "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilov bu il martın 13 - də Ayna Sultanova küçəsi 523 -ci məhəllədə yerləşən binalardan birinin yaxınlığında naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Hadisə baş verən gündən Aqil Xəlil hadisənin əvvəllər "Zeytun bağı"adlanan sahədə baş vermiş insidentlə və jurnalist fəaliyyəti ilə bağlı olması, iki nəfər şəxs tərəfindən izlənildiyini bildirib.

Baş Prokurorluğun yaydığı məlumatda isə, jurnalistin qeyri-ənənəvi cinsi orientasiyalı şəxslər tərəfindən bıçaqlandığı bəyan edilib.

Belə ki, Xəlilin əvvəllər tanıdığı və onunla intim əlaqədə Serqey Strekalin tərəfindən bıçaqlanmasının istintaqla sübuta yetirildiyi qeyd olunub.

Sergey Strekalin Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır xəsarət yetirmə (127.1) və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama (234.1) maddələri ilə təqsirli bilinərək həbs olunub və məhkəmənin hökmü ilə 1 il 6 ay azadlıqdan məhrum edilib.

Jurnalistin "Zeytunlar bağı" adlanan ərazisində döyülməsi faktı ilə bağlı başlanmış cinayət işinə isə xitam verilib.

Vizanın 6 aylıq müddətə açıldığını deyən direktor jurnalistin bir neçə aydan sonra qayıdacağını deyib.

Xəlil bir neçə dəfə ölkəni tərk etmək istəsə də, onun ölkədən çıxmasına hüquq-mühafizə orqanları icazə verməyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti