...

III ixtisas qrupu üzrə ilk dəfə 700 bal toplayan Emil Əliyev hansı ali məktəbdə oxumaq istəyir?

Cəmiyyət Materials 29 İyul 2008 00:37 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend , müxbir E.Məmmədov/ Ali məktəblərə imtahanlarda ilk dəfə ötən il maksimum nəticə göstərən olsa da, III ixtisas qrupu üzrə ilk belə nəticə bu il qeydə alınıb.

Belə ki, Naxçıvan şəhərindəki Naxçıvan Türk Liseyinin məzunu olan Emil Məmmədhəsən oğlu Əliyev 29 iyun 2008-ci il tarixdə III ixtisas qrupu üzrə ali məktəblərə keçirilən test imtahanlarında bütün sualları bilməklə bu ixtisas qrupunda ilk maksimum nəticənin qeydə alınmasına səbəb olub. Onu da qeyd edək ki, E.Əliyev həmçinin muxtar respublikada da 700 bal toplayan ilk tələbə kimi yadda qalıb.

Bu gün Emil Əliyev ї Trend їin bölgə müxbirinə seçdiyi ixtisas haqqında məlumat verib. O bildirib ki, təhsilini Azərbaycanda davam etdirmək arzusundadır və bu münasibətlə seçimini Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr ixtisasından yana edib.

Onu da bildirək ki, Emil Məmmədhüseyn oğlu Əliyev 1991-ci ildə Babək rayonunda anadan olub və 1997-ci ildə Babək qəsəbə orta məktəbinə yollanıb. O, 2003-cü ildə Naxçıvan Türk Liseyinə qəbul olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti