...

Azərbaycanlı musiqişünasın yeni kitabı "faustianlıq" mövzusundadır

Cəmiyyət Materials 30 İyul 2008 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul/ Trend Life , müxbir Eldar Hüseynzadə/

Azərbaycanlı musiqişünas, sənətşünaslıq namizədi Fərəh Tahirova özünün yeni "Faust musiqidə" kitabında qərbin XİX klassik romantik-bəstəkarlarının yaradıcılığında Faust mövzusu barədə qeyri-adi məsələ qaldırıb. "Bu kitabda mən mövzusunu açıram: Qərbin Frans Şubert, Feliks Mendelson, Bortea Şman, Rixard Vaqner, Hektor Berlioz, Ferents List və digərləri kimi böyük romantin bəstəkarlarının yaradıcılığında həyatın mənası, hüdudsuzluğun əhatəsi.", - Tahirova TrendLife bldirib.

Onun sözlərinə görə, "Faust musiqidə" kitabı Azərbaycanın Təhsil Nazirliyi tərəfindən təqdir edilən elmi vəsait kimi buraxılacaq. Lakin həm də ciddi ədəbiyyət həvəskarlarının marağına səbəb olacaq. Kitab əksəriyyəti Azərbaycanda ilk dəfə olaraq nəşr edilən müxtəlif fotoşəkillər və illüstrasiyalarla zəngindir. "Gələcəkdə mən Azərbaycanın on doqquzuncu əsr romantik bəstəkarlarının Faust mövzusuna müraicətlərini nəzərdən keçirmək istərdim", - Tahirova qeyd edib. Bu kitab Tahirovanın 1996 - cı ildə müdafiə etdiyi diplom işinin davamıdır.

Musiqişünas həmçinin "Dmitri Şostakoviç və Azərbaycanın musiqi mədəniyyəti" kitabının müəllifidir. Bu kitab 2006 - cı ildə Moskvada keçirilən Beynəlxalq Kitab Sərgisində qeyd edilib. Bundan əlavə, onun əsərləri Gənlcər İli ilə əlaqədar Gənclər və İdman Nazirliyindən xüsusi mükafat və "Humay" mükafatını alıb. O, "Dmitri Şostakoviç və Azərbaycanın musiqi mədəniyyəti" kitabında görkəmli bəstəkar D.Şostakoviçin Azərbaycanın Qara Qarayev, Cövdət Hacıyev, Xəyyam Mirzəzadə, Arif Məlikov, Vasif Adıgözəlov kimi parlaq bəstəkarlarının yaradıcılığına təsirindən danışıb. Kitab D.Şostakoviçin ev-muzeyinin eksponatıdır. Azərbaycanın Miniatür Kitab Muzeyində "Dmitri Şostakoviç və Azərbaycanın musiqi mədəniyyəti" kitabının miniatür versiyasını buraxmağı nəzərdə tutublar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected] .

Xəbər lenti

Xəbər lenti