...

Azərbaycanın "Neftçi" klubu Avropanın diqqətini özünə cəlb etməyi bacardı – Berti Foqts

Cəmiyyət Materials 8 Avqust 2008 13:09 (UTC +04:00)
Azərbaycanın "Neftçi" klubu Avropanın diqqətini özünə cəlb etməyi bacardı – Berti Foqts

Azərbaycan, Bakı, 08 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts avrokuboklarda çıxış edən "İnter" və "Neftçi" klublarından razı qalıb. "Azərbaycanı Avropa kuboklarında təmsil edən klubların səfər oyunlarını izlədim. "İnter" yaxşı təsir bağışladı. "Neftçi" də keçirdiyi oyunlarla Avropanın diqqətini özünə cəlb etməyi bacardı. Təəssüf ki, "Xəzər-Lənkəran"la "Olimpik" UEFA kubokunda mərhələ keçə bilmədi", - cümə günü Trend -a açıqlamasında Foqts deyib.

Avstriyada və İsveçrədə keçirilən Avropa çempionatının oyunlarını izləməyə gedən Foqts, iki aydan çox idi ki, Azərbaycanda deyildi. O, Almaniyada istirahət edərək, Azərbaycan klublarının avrokuboklardakı səfər oyunlarını canlı izləyib.

Baş məşqçi bildirib ki, avqustun 20-də İslandiya millisi ilə yoxlama oyunu keçirəcək yığma komandanın yaxşı çıxış edəcəyinə inanır. "İslandiya ilə oyunda komandamız daha yaxşı təsir bağışlamalıdır. Çünki artıq Azərbaycan yığma komandası rəhbərliyim altında bir neçə oyun keçirib və futbolçular bəzi şeyləri öyrənib", - deyə Foqts əlavə edib.

Azərbaycan yığma komandası bu ilin sentyabr ayının 6-da dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Uels millisi ilə oynayacaq.

Almaniyalı mütəxəssis Azərbaycan yığma komandasının baş məşqçisi vəzifəsinə bu ilin aprel ayında təyin olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti