...

Polis Azərbaycanın gənclər hərəkatının beş fəalını saxlayıb

Cəmiyyət Materials 12 Avqust 2008 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust/ Trend , müxbir C.Babayeva/ Polis  çərşənbə axşamı Azərbaycanın "Dalğa"gənclər hərəkatının sədri Vəfa Cəfərovanı və təşkilatın beş fəalını saxlayıb, -   Trend -a polis şöbəsindən Cəfərova özü məlumat verib.

Onun sözlərinə görə, polis hərəkatın fəalları - Ramin Hacılını, Loğman Kərimovu, Anar Əsgərovu və Rövşən Nəcəfovu heç bir səbəb olmadan saxlayıb və hazırda onlar Bakının Səbail rayonu 39 saylı polis şöbəsindədirlər. "Hərəkat üzvləri gündüz saatlarında Milli Parkda çayxanada saxlanılıblar", - o qeyd edib.

"Dalğa" hərəkatı üzvlərinin saxlanılması ilə bağlı məlumatı dəqiqləşdirmək üçün Səbail rayonu 39 saylı polis şöbəsi ilə əlaqə yaratmaq hələ ki, mümkün olmayıb.

Dünən "Dalğa" gənclər  hərəkatı gürcü-osetin hərbi əməliyyatlarının keçirilməsində zərər çəkmiş gürcüləri dəstəkləmək məqsədilə aksiyalara başladığını elan edib. Gündüz saatlarında "Gürcüstana kömək edin" aksiyası keçirilərkən hərəkatın səkkiz fəalı saxlanılıb. Onlar gecə azad ediliblər.

Xəbər lenti

Xəbər lenti