...

Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubu çempionata hazır deyil – baş məşqçi

Cəmiyyət Materials 18 Avqust 2008 13:44 (UTC +04:00)
Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubu çempionata hazır deyil – baş məşqçi

Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubu Premyer-Liqanın oyunlarına hazır deyil. "Çempionata hazır deyilik. Komandaya transfer olunan futbolçularla bağlı işlər düzgün qurulmayıb", bazar ertəsi Trend -a "Xəzər-Lənkəran"ın türkiyəli baş məşqçisi Rasim Kara deyib.

"Xəzər-Lənkəran" iki gün əvvəl keçmiş futbolçusu Oktay Dərəlioğlunun vida oyununda Türkiyənin "Beşiktaş" klubu ilə görüşərək, 0:4 hesabı ilə məğlub olub.

Kara bildirib ki, bu gün klubun fəxri prezdenti Mübariz Mənsimovla görüşərək, bəzi məsələlərə aydınlıq gətirəcək. "Mənsimovla görüşdə komandaya dəvət olunacaq yeni oyunçularla bağlı məsələləri də müzakirə edəcəyik. "Beşiktaş"la görüş göstərdi ki, "Xəzər-Lənkəran"ın fiziki hazırlığında da ciddi problemlər var", - deyə baş məşqçi əlavə edib.

Hazırda İstanbul şəhərində olan Kara Bakıya bu gecə qayıdacaq.

Kara "Xəzər-Lənkəran"ın baş məşqçisi kimi bir neçə gün əvvəl fəaliyyətə başlayıb. Ondan əvvəl komandanın baş məşqçisi Ağasəlim Mircavadov olub.

"Xəzər-Lənkəran" futbol üzrə sonuncu mövsümdə ölkə kubokunu qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti