...

Azərbaycanın "Bakı" klubu Gürcüstan yığmasının keçmiş futbolçusu ilə müqavilə bağladı

Cəmiyyət Materials 1 Sentyabr 2008 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" klubu gürcüstanlı futbolçu Georgi Demetradze ilə iki illik müqavilə bağlayıb. Bu barədə bazar ertəsi Trend -a klubun mətbuat xidməti məlumat verib.

Azərbaycan klubunun yeni futbolçusu uzun müddət Gürcüstan yığma komandasında çıxış edib. O, "Bakı"ya Ukraynanın "Arsenal" klubundan dəvət olunub.

"Bakı" klubu yay transfer dövründə həyata keçirdiyi transferlərə görə Premyer-Liqada çempionluğa əsas namizəd komandalardan hesab olunur. Paytaxt komandası Premyer-Liqanın geridə qalan dörd turundan sonra 10 xal qazanmaqla, turnir cədvəlində liderlik edir.

Komandanın baş məşqçisi makedoniyalı Qyoko Hacievskidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti