...

Azərbaycanın futbol mütəxəssisləri Abdullah Gülün Ermənistana getməsini düzgün qərar saymırlar

Cəmiyyət Materials 4 Sentyabr 2008 15:53 (UTC +04:00)
Azərbaycanın futbol mütəxəssisləri Abdullah Gülün Ermənistana getməsini düzgün qərar saymırlar

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol mütəxəssisləri Türkiyə prezidenti Abdullah Gülün DÇ-2010 - nun seçmə mərhələsi çərçivəsində keçiriləcək Ermənistan - Türkiyə oyununu izləmək üçün Yerevana getməsini narazılıqla qarşılayıblar. Bu, cümə axşamı Trend -un məsələylə bağlı futbol mütəxəssislərinin fikirlərini öyrənməsindən sonra məlum olub.

Uzun illərdir Azərbaycanda məşqçi kimi fəaliyyət göstərən, hazırda "Xəzər-Lənkəran" klubunun baş məşqçisi olan türkiyəli mütəxəssis Rasim Kara Trend -a bildirib ki, Türkiyə prezidentinin Ermənistana getməsi düzgün addım deyil.

"Gül bir neçə gün düşünəndən sonra Yerevana getmək qərarına gəldi. Hesab edirəm ki, Türkiyə prezidentinin Ermənistana getməsi səhv qərardır. Ümümiyyətlə, FİFA və UEFA münasibətləri yaxşı olmayan iki ölkənin komandalarının futbol meydanında üz-üzə gəlməsinə imkan verməməlidir" - baş məşqçi əlavə edib.

Ermənistanla Türkiyə arasındakı seçmə mərhələnin oyunu sentyabrın 6 - da Yerevanda keçiriləcək.

Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi, "Şöhrət" ordenli mütəxəssis Ağasəlim Mircavadov da Trend -a deyib ki, Türkiyə prezidentinin futbol oyununu izləmək üçün Yerevana getməsi düzgün qərar deyil.

"Yaxşı olardı ki, Türkiyə yığması Yerevanda Ermənistan üzərində qələbə qazansın. Bu oyunu başqa bir neytral ölkədə də keçirmək olardı. Amma təəssüf ki, bütün bu məsələlər bizim yox, FİFA və UEFA-nın səlahiyyəti çərçivəsindədir", - deyə Mircavadov əlavə edib.

AÇ-2008 -in seçmə mərhələsi çərçivəsində, Azərbaycan və Ermənistan yığmaları eyni qrupda olsalar da, sonradan UEFA bu oyunların keçirilməməsi ilə bağlı qərar çıxarmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti