...

Bakının Mədəniyyət və Turizm İdarəsi 2009-2013-cü illər üçün inkişaf proqramı hazırlayıb

Cəmiyyət Materials 5 Sentyabr 2008 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr / Trend Life , müxbir Eldar Hüseynzadə/ Bakının kinoteatr, kitabxana və mədəniyyət mərkəzlərinin rəhbərləri bir müddət əvvəl şəhər Mədəniyyət və Turizm İdarəsi rəhbəri vəzifəsinə təyin edilmiş Əlikram Əliyev tərəfindən kəskin tənqidə məruz qalıblar.

"Son bir neçə ayda biz Bakının bütün mədəniyyət idarələrinin işinin monitorinqini aparmışıq və nəticələr təsəlliverici deyil. Oxucuların cəlb edilməsi üçün yeni üsulların tətbiq edilməməsi, latın qrafikalı kitabların nə üçünsə kitabxanalara az sayda düşməsi nəticəsində kitabxanaya gələnlərin sayı azalır" - Trend Life-ın verdiyi xəbərə görə, Əliyev bu gün nazirliyin kollegiya iclasında bəyan edib.

Onun sözlərinə görə, Bakının əksər mədəniyyət klubları sadəcə kağız üzərində mövcuddur, bəziləri isə dəhşətli vəziyyətdədir. Belə ki, uzun illər ərzində təmir edilmir və demək olar ki, yerli icra hakimiyyəti orqanları tərəfindən dəstəklənmir.

"Parklar, həmçinin Bakı və paytaxt ətrafındakı qoruqlar pis işləyir. Zəif işinə görə biz Nardaran qoruğunu bağlamalı olduq", - Əliyev qeyd edib. O, Bakının mədəniyyət idarələri arasında yalnız öz fəaliyyəti ilə gəlir gətirməyə çalışan Vahidin Poeziya Evi-ni göstərib. Bakının Mədəniyyət və Turizm İdarəsinin rəhbəri öz nitqində xüsusilə qeyd edib ki, başçılıq etdiyi İdarə 2009-2013-cü illər üçün nəzərdə tutulmuş inkişaf proqramı hazırlayıb. İdarə bu proqram çərçivəsində "Bakı gecələri" musiqi müsabiqəsinə başlayıb, Vahid adına mükafat təsis edib, Bakının Mədəniyyət və Turizm İdarəsinin saytı üzərində iş başa çatır, kitabların daşınmasında kitabxanalara yardım göstərilib.

"Biz mədəniyyət və turizm üzrə kadrların iş səviyyəsinin yüksəldilməsi üçün müxtəlif treninqlərin keçirilməsini də təklif edirik. İlin sonunda xüsusi fərqlənmiş mədəniyyət işçilərinin mükafatlandırılması, beynəlxalq layihələrin keçirilməsi, yeni konsert kompleksinin, müəllif studiyalarının, beynəlxalq mədəniyyət mərkəzinin yaradılması da nəzərdə tutulub", - Əliyev qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti