...

Azərbaycanda keçiriləcək çimərlik futbolu üzrə Avropa kubokunun iştirakçılarından biri dəyişdirilib

Cəmiyyət Materials 9 Sentyabr 2008 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir R.Ergün/ Çimərlik futbolu üzrə Polşa yığma komandası Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Avropa kubokunun oyunlarında iştirakdan imtina edib. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Çimərlik futbolu üzrə Avropa kubokunda Azərbaycan, İtaliya, İspaniya, Norveç, İsveç komandaları ilə yanaşı, Polşanın da iştirak edəcəyi gözlənilirdi.

Polşalıların imtinasından sonra, onları İngiltərə komandasının əvəz edəcəyi məlum olub.

Avropa kubokunun oyunları sentyabrın 18 -dən 21-dək davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti