...

Azərbaycanın "Neftçi" futbol klubu Türkiyədə problemlə üzləşib

Cəmiyyət Materials 10 Sentyabr 2008 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir R.Ergün/ Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" futbol klubunun yoxlama oyunları ilə bağlı problemi yaranıb. Bu barədə çərşənbə günü Trend -a klubun mətbuat xidməti məlumat verib.

Sentyabrın 6-dan Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi"nin Türkiyə klublarından biri ilə yoxlama oyunu keçirməsi planlaşdırılsa da, bu mümkün olmayıb.

Mətbuat xidmətindən verilən məlumata görə, təşkilatçılar Azərbaycan komandası ilə yoxlama oyunu keçirmək üçün sınaqçı rəqib tapmaqda çətinlik çəkib.

"Neftçi"nin sentyabrın 15-də yoxlama oyunu keçirəcəyi gözlənilir. Amma hələ ki, Bakını təmsil edən komandanın rəqibinin adı məlum deyil.

Komandanın baş məşqçisi almaniyalı Hans Yurgen Gededir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti