Azərbaycanda keçiriləcək çimərlik futbolu üzrə Avropa kubokunun oyunlarının hakimləri müəyyənləşib
Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanda keçiriləcək çimərlik futbolu üzrə Avropa kubokunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Bu barədə Trend -a Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) mətbuat xidməti məlumat verib.
Sentyabrın 18-dən 21-dək Bakıda keçiriləcək oyunlarda Azərbaycanı iki hakim - Zöhrab Əliyev və Əfqan Həmzəyev təmsil edəcək. Digər hakimlər isə Litva, Latviya, Fransa, Rusiya və Ukraynadan olacaq.
Çimərlik futbolu üzrə Avropa kubokunda Azərbaycan yığma komandası ilə yanaşı, İtaliya, İspaniya, İngiltərə, İsveç və Norveç komandaları mübarizə aparacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq