Azərbaycan, Bakı, 13 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İspaniyada təşkil olunan, "Böyük dəbilqə" adlanan turnirdə keçiridiyi növbəti görüşdə heç-heçə edib.
Norveçli qrossmeyster Maqnus Karlsenlə qarşılaşan Rəcəbov heç-heçə etməklə hesabına bir xal yazdırıb.
"Böyük dəbilqə" turnirinin qaydalarına görə, qələbə qazanan şahmatçıya üç, heç-heçə edənə bir xal verilir.
Karlsenlə görüşdən sonra hesabında yeddi xal olan azərbaycanlı şahmatçı sonuncu yerdədir. Turnir cədvəlinə hesabında 14 xal olan bolqarıstanlı Veselin Topalov başçılıq edir.
Rəcəbov növbəti - 10-cu turda Ermənistandan olan Levon Aronyanla qarşılaşacaq.
"Böyük dəbilqə" turnirinin mükafat fondu 400 min avrodur. Birinci yeri tutan şahmatçı 150 min avro mükafat qazanacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]