...

Çimərlik futbolu üzrə Azərbaycan yığma komandası İspaniyaya böyük hesabla məğlub olub

Cəmiyyət Materials 18 Sentyabr 2008 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası yoxlama oyununda İspaniyaya böyük hesabla məğlub olub. Bu barədə Trend -a Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) prezidenti Fərid Novruzi məlumat verib.

Bakıda keçirilən görüşdə Azərbaycan yığması 2:6 hesabı ilə məğlub olub. Azərbaycan komandasında rəqib qapısından qolları Hikmət Bağırov və Elşad Quliyev keçiriblər.

Azərbaycan yığması sabah çimərlik futbolu üzrə Avropa kuboku çərçivəsində İngiltərə millisi ilə qarşılaşacaq. Mərdəkandakı min nəfərlik stadionda keçiriləcək oyun saat 15.15 - də başlayacaq.

Çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının baş məşqçisi braziliyalı Qustavo Enrike Silvadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti