Azərbaycan, Bakı, 20 sentyabr/ Trend müxbir R.Novruzov/ Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini icmaların qeydiyyatı ilə bağlı problemlərin mövcudluğunu təkzib edir.
"Dini icmaların fəaliyyəti qanunvericliyə zidd deyilsə, Azərbaycanda onların qeydiyyatı ilə bağlı problem yoxdur", - Dövlət Komitəsi Dini Qurumlarla İş üzrə Şöbənin rəhbəri Gündüz İsmayılov Trend - a bildirib.
Azərbaycan qanunvericiliyinə əsasən, dini icmanın qeydiyyatı üçün onun sıralarında 10 nəfər insanın olması kifayətdir,- şöbə müdiri bildirib.Azərbaycanda 510-dan artiq dini qurum dövlət qeydiyyatından keçib
İsmayılovun rəyinə görə, bütün MDB ölkələri arasında dini icmaların qeydiyyatına dair ən loyal sistem Azərbaycandadır.
Şənbə günü ABŞ Dövlət Departamentinin demokratiya, insan və əmək hüquqları Bürosu Azərbaycanda din azadlığı ilə bağlı vəziyyət haqqında hesabat yayıb. Hesabatda bu sahədə problemlərin olduğu qeyd edilir.
Hesabatda ölkədə dini icmaların qeydiyyat sisteminin çətin olduğu bildirilir. Sənəddə 2007-2008 -ci illərdə Azərbaycanın ümumtəhsil müəssisələrində dindar qadınların baş örtüyü "hicab" örtmələrinə qoyulan qadağa halları tənqid edilib.
İsmayılovun qeyd etdiyinə görə, ölkə qanunvericiliyi "hicab"ın örtülməsinə qadağa qoymur və yalnız şəxsiyyət vəsiqəsi üçün foto yeganə istisnadır ki, bu da vətəndaşların özlərinin təhlükəsizliyini qorumaq məqəsdilə edilir.
Təhsil müəssisələrində baş örtüyünə qoyulan qadağaya gəldikdə isə, orta məktəblərdə vahid forma tətbiq edilir və hər kəs bu qaydalara əməl etməlidir, - şöbə müdiri bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]