...

Futbol üzrə Azərbaycan yığması Avropa çempionatında heç-heçə edib

Cəmiyyət Materials 25 Sentyabr 2008 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandası (U-17) Polşada təşkil olunan Avropa çempionatının seçmə mərhələsində keçirdiyi növbəti görüşdə heç-heçə edib.

Azərbaycan yığmasının Çernoqoriya ilə qarşılaşması 2:2 hesabı ilə nəticələnib.

Seçmə mərhələnin ilk oyununda Bolqarıstan yığması ilə görüşən azərbaycanlı futbolçular 3:1 hesabı ilə qələbə qazanmışdılar.

Azərbaycan komandası Avropa çempionatında növbəti oyununu sentyabrın 27-də Polşaya qarşı keçirəcək.

Yığma komandanın baş məşqçisi almaniyalı Bernard Lippertdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti