...

Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq məsələləri Vaşinqtonda müzakirə olunacaq

Cəmiyyət Materials 26 Sentyabr 2008 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında diasporanın rolu məsələsi oktyabrın 1-2-də Vaşinqtonda keçiriləcək ikigünlük konfransda müzakirə olunacaq. Bu barədə cümə günü Trend -a Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, tədbirin təşkilatçısı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və ABŞ-da fəaliyyət göstərən їUS Azeris Networkї (USAN) şəbəkəsidir. Konfransda ABŞ-dakı Azərbaycan diasporunun artmaqda olan siyasi fəallığı, onun keçdiyi yol və gələcək perspektivləri, ABŞ azərbaycanlılarının hazırkı vəziyyəti, bu ölkənin cəmiyyətinə inteqrasiyası və ictimai münasibətlərin inkişafında rolu, Konqres, hökumətlərarasi və ictimaiyyətlə əlaqələr istiqamətində Azərbaycan diasporu üçün tövsiyələr müzakirə olunacaq.

Məlumatda bildirilib ki, tədbirin digər hissəsi isə əsasən enerji təhlükəsizliyi məsələlərinə həsr ediləcək. Bu bölümdə Azərbaycan və ABŞ arasında strateji müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsi, enerji təhlükəsizliyi, Azərbaycanın enerji ehtiyatlarının ikitərəfli və çoxtərəfli münasibətlərdə rolu barədə müzakirələr aparılacaq. Eyni zamanda, USAN şəbəkəsinin fəal nümayəndələrinə diaspor quruculuğunda göstərdikləri xidmətlərə görə їUS Azeris Networkїun mükafatları təqdim olunacaq.

Konfransda Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev, millət vəkilləri Qənirə Paşayeva, Asim Mollazadə, Azərbaycanın Los Ancelesdəki Baş konsulu Elin Süleymanov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər, Amerika Dövlət Departamenti və Dünya Bankının təmsilçisi, Amerika Dövlət Katibi müavininin köməkçisi, ABŞ-ın Xəzər və Qara dəniz regionlarının enerji siyasəti üzrə nümayəndəsi Metyu Brayza, ABŞ Konqresinin üzvü, Azərbaycan Dostluq Qrupunun həmsədri Solomon Ortiz, Azərbaycan, türk diasporunun və yəhudi icmasının nümayəndələri iştirak edəcəklər.

Oktyabrın 3-də nümayəndə heyəti Nyu-Yorkda 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçiriləcək. Tədbirin təşkilatçıları Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi və Amerika Azərbaycanlıları Cəmiyyətidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti