...

İtaliyanın məşhur "Milan" klubu Azərbaycanda yoldaşlıq oyunu keçirə bilər

Cəmiyyət Materials 30 Sentyabr 2008 12:19 (UTC +04:00)
İtaliyanın məşhur "Milan" klubu Azərbaycanda yoldaşlıq oyunu keçirə bilər

Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir R. Ergün / İtaliyanın məhşur "Milan" futbol klubu gələcəkdə Azərbaycana səfər edib, Bakının "İnter" komandası ilə yoldaşlıq oyunu keçirə bilər. Bu barədə çərşənbə axşamı Bakıda keçirilən "Milan Junior Camp" layihəsinə həsr olunmuş mətbuat konfransında "Milan" klubunun keçmiş futbolçusu Daniello Massaro deyib.

"Junior Camp" futbol layihəsində Azərbaycandan 300 uşaq iştirak edəcək.

"Milanın" daha bir əfsanəvi futbolçusu - Franko Barezi bildirib ki, Azərbaycandan dörd uşaq "Milan" klubunun düşərgəsində futbolun sirlərinə yiyələnəcək.

"Bizim məşqlərimizdə iştirak edəcək uşaqlar təkcə futbolçu kimi yox, həm də insan kimi formalaşacaqlar. Bu layihənin həyatı keçirilməsində köməyinə görə, Bakının "İnter" klubuna minnətdarlığımızı bildiririk", - deyə Barezi əlavə edib.

Mətbuat konfransında Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Peşəkar Futbol Liqasının prezidentı Ramin Musayev, AFFA - nın Baş katibi Elxan Məmmədov, "İnter" klubunun prezidenti Qeorgi Nikolov iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti