Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın avarçəkmə üzrə yığma komandasının üzvü Rüfət Vəlizadə Ukraynanın Donetsk şəhərində keçirilən turnirin finalında iştirak edib. Bu barədə Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidməti məlumat verib.
Avarçəkmənin kayak növü üzrə çıxış edən azərbaycanlı idmançı 500 metr məsafəyə yürüşdə finala vəsiqə qazanıb.
Həlledici mərhələdə rəqiblərindən geri qalan Vəlizadə doqquz idmançı arasında sonuncu yeri tutub.
Turnirdə Azərbaycanı avarçəkmənin kayak növü ilə yanaşı, kanoe üzrə yığma komanda da təmsil edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]