...

Futbol üzrə Azərbaycan yığmasının iki üzvü İspaniyanın məşhur "Real" klubunda çıxış edəcək

Cəmiyyət Materials 6 Oktyabr 2008 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə 17 yaşlılardan ibarət yığma komandasının iki üzvü İspaniyanın məşhur "Real" klubunda çıxış edəcək. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

AFFA ilə "Real" klubu arasındakı razılaşmaya əsasən, yığma komandanın dörd futbolçusu İspaniya komandasının bazasında bir aylıq təlim-məşq toplanışında iştirak edəcəklər. Toplanış başa çatandan sonra azərbaycanlı futbolçulardan ikisi "Real"ın məşqçilərinin seçiminə görə, klubun 17 yaşlılardan ibarət komandasında çıxış edəcək.

Bir müddət əvvəl Azərbaycan yığması İspaniyada "Real" klubunun 17 yaşlılardan ibarət komandası ilə görüşərək, 3:2 hesabı ilə qələbə qazanmışdı.

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi almaniyalı Bernard Lippertdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti