...

Azərbaycanın "Araz" futzal klubunun baş məşqçisi cəzalandırılıb

Cəmiyyət Materials 7 Oktyabr 2008 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi "Araz" futzal klubunun baş məşqçisi Böyükağa Hacıyevi cəzalandırıb. Bu barədə Trend -a AFFA -nın mətbuat xidməti məlumat verib.

Hacıyev futzal çempionatının 3 - cü turunda keçirilən "Araz" - "Ekol" görüşündə qaydaları pozaraq, meydançaya izacəsiz girdiyi üçün cəzalandırılıb.

İntizam Komitəsinin qərarına əsasən, baş məşqçi növbəti turda komandasının oyununu tribunadan izləməli olacaq. Hacıyevin bu hərəkəti "Araz" klubunun yüz manat cərimələnməsinə də səbəb olub.

AFFA - nın İntizam Komitəsi "Simurq"un məşqçisi Vladimir Figeli də bir oyunluq cəzalandırıb. Köməkçi - məşqçinin meydana icazəsiz daxil olması isə, "Simurq" klubunun iki min manat cərimələnməsi ilə nəticələnib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti