...

FİFA prezidenti oktyabrın 11-də Gürcüstana səfər edəcək

Cəmiyyət Materials 8 Oktyabr 2008 05:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 8 oktyabr / Trend müxbir N.Kirçxalia/ FİFA prezidenti İozef Blatter oktyabrın 11-də Gürcüstana səfər edəcək. Bu barədə ötən gün Gürcüstan hökumətinin keçirdiyi iclasda bildirilib. İclas futbol üzrə dünya çempionatının seçmə oyunu çərçivəsində Kipr ilə Bolqarstan yığma komandalarının Tbilisidə keçiriləcək oyununa hazırlıq və təhlükəsizlik məsələlərinə həsr olunub.

Səfər zamanı FİFA prezidenti Gürcüstan ilə Kipr komandaları arasında dünya çempionatına seçmə oyunu çərçivəsində keçiriləcək oyuna da tamaşa edəcək.

Blatterin Gürcüstan prezidenti və baş naziri ilə görüşləri də nəzərdə tutulub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti