...

Avropalı ekspertlər həbsdə olan jurnalistlərlə bağlı məlumat toplayıblar

Cəmiyyət Materials 13 Oktyabr 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Andres Herkel bazar ertəsi bir qrup hüquq müdafiəçisi, həbsdə olan jurnalistlərin hüquqlarını müfdafiə komitələrinin nümayənələri ilə görüşüb.

Görüşdə iştirak edən hüquq müdafiəçisi Arzu Abdullayeva Trend -a bildirib ki, görüşdə həbsdə olan jurnalistlər, seçkilər və azad mətbuatın durumu müzakirə olunub.

Avropalı qonaq hüquq müdafiəçilərindən həbsdə olan jurnalistlər Mirzə Sakit, Qənimət Zahid, Eynulla Fətullayev və Novruzəli Məmmədovun oğlu Emil Məmmədovun işi ilə bağlı yeni məlumatlar istəyib.

Herkelə onu maraqlandıran məsələlərlə bağlı geniş məlumatlar verilib.

Herkelin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 12-də Bakıya gəlib. Səfərdə məqsəd Azərbaycanda oktyabrın 15-də keçiriləcək prezident seçkilərini müşahidə etməkdir.

Səfər zamanı AŞ PA nümayəndələrinin prezidentliyə namizədlər və media nümayəndələri ilə görüşləri də nəzərdə tutulub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti