...

Azərbaycan məhkəməsinin qərarını icra etmədiyi üçün axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb

Cəmiyyət Materials 14 Oktyabr 2008 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan polisi məhkəmə qərarını icra etmədiyi üçün axtarışda olan Türkiyə vətəndaşını saxlayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Türkiyə vətəndaşı 1978-ci il təvəllüdlü Yılmaz Kerem Yıldırım Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.

Cinayət Məcəlləsinin məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə (306-cı) cinayətinə görə axtarışda olan Yıldırım barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün iş məhkəməyə göndərilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti