...

Almaniyalı baş məşqçi "Neftçi" klubunda problemlərin olduğunu etiraf edib

Cəmiyyət Materials 19 Oktyabr 2008 23:18 (UTC +04:00)
Almaniyalı baş məşqçi "Neftçi" klubunda problemlərin olduğunu etiraf  edib

Azərbaycan, Bakı, 19 oktyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun almaniyalı baş məşqçisi Hans Yurqen Gede komandasında problemlərin olmasını etiraf edib. "Komandamızda problemlər var. Biz bu problemlər üzərində işləyib çıxış yolu tapmalıyıq". Bu gün "Xəzər-Lənkaran" - "Neftçi" oyunundan sonra mətbuat konfransında Gede bildirib.

Gede bildirib ki, komandam oyunun birinci yarsında yaxşı təsir bağışlayıb.

Almaniyalı baş məşqçi görüşü idarə edən hakimlərdən razı qaldığını bildirib.

Bü gün Lənkəranda Azərbaycanın Premyer Liqası çərçivəsində 8-ci turun çərçivəsində "Xəzər-Lənkaran" - "Neftçi" klubları arasında oyun keçirilib. Bu oyunda "Xəzər-Lənkaran" 2:0 hesabı ilə qələbə qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti