Azərbaycan, Bakı, 20 oktyabr/ Trend / Milli Gimnastika Federasiyasının (AGF) Baş katibi Fərid Qayıbov Avropadan Beynəlxalq Gimnastika Federasiyası Şurasına (FİG) üzv seçilib. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu qərar FİG - in 77-ci seçki konqresində qəbul olunub.
İlk dəfə olaraq Azərbaycan təmsilçisi Beynəlxalq Gimnastika Fedenrasiyasının rəhbər orqanlarından birinin tərkibinə daxil olur. Onun namizədliyinin lehinə 35 nümayəndə səs verib və indi qarşıdan gələn dörd il ərzində Qayıbov 20 ölkədən olan həmkarları ilə birgə Şuranın müxtəlif iclaslarında iştirak edəcək.
FİG qrumunun yeni seçilən üzvü Helsinkidən telefonla verdiyi müsahibəsində bildirib ki, həyatda və işdə demokratik prinsiplərin tərəfdarı kimi, o, gimnastikanın bütün növlərinin inkişafı üçün eyni şəraitin yaradılmasında təşkilat səylərinin əlaqələndirilməsi mövqeyindən çıxış edir.
"Mən ümumi vəzifələrimizi, xüsusilə də yenicə müstəqil olan dövlətlər və inkişaf etməkdə olan ölkələrin milli federasiyalarına qarşı bərabər hüquqlu münasibətdə görürüəm. Şübhə etmirəm ki, gələcəkdə qəbul ediləcək qərarlar gimnastikanın Olimpiya proqramında idman növü kimi rolunun möhkəmləndirilməsi, idman nüfuzunun və beynəlxalq ictimaiyyətdə beynəlxalq Federasiyanın mənəvi imicinin artmasına xidmət edəcək", - deyə o bildirib.
Beynəlxalq Gimnastika Federasiyasının ali rəhbərliyində xüsusi dəyişikliklər baş verməyib. FİG-in prezidenti yenidən italiyalı Bruno Qrandi seçilib. Fransadan olan Mişel Leqliz, yaponiyalı Koji Takizava və Kanada təmsilçisi Slava Korn uenidən vitse - prezident seçiliblər.
Lövhə yalnız Bədii Gimnastika üzrə Texniki Komitə rəhbərliyində dəyişib;Texniki Komitənin rəhbəri vəzifəsini yerinə yetirən italiyalı Eqle Abruzzininin əvəzinə polşalı Mariya Şişkovska seçilib. O, əvvəllər bu Komitənin üzvləri sırasında yer alıb. Digər Texniki Komitələrin prezidentləri aşağıdakılar olub: kişi gimnastikası üzrə Adrian Stoyka (Rumıniya), qadın gimnastikası üzrə Nelli Kim (Belarus), akrobatika gimnastikası üzrə Tonya Keys (ABŞ), tramplin-tamblinq üzrə Xorst Kunze (Almaniya).
Konqres çərçivəsində Azərbaycan nümiayəndə heyəti, Milli Federasiyanın vitse-prezidenti Altay Həsənov başda olmaqla, bir sıra görüşlər keçirib və o cümlədən, 2009 -cu il mayın 15 - 17- də Bakıda keçiriləcək Bədii Gimnastika üzrə Avropa Çempionatı ilə bağlı danışıqlar aparıb.
Əvvəlki bədii gimnastika üzrə beynəlxalq turnir İtaliyanın Udine şəhərində baş tutub. Azərbaycan gimnastı Zeynəb Cavadlı, idmanın müxtəlif növləri üzrə çıxış edərək, italiyalı idmançı ilə eyni miqdarda bal toplayıb və 4 -5-ci yerləri bölüşüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]