...

Azərbaycan "Neftçi" klubunun əsas oyuncuları heyətdən uzaqlaşdırılıb

Cəmiyyət Materials 28 Oktyabr 2008 18:28 (UTC +04:00)
Azərbaycan "Neftçi" klubunun əsas oyuncuları heyətdən uzaqlaşdırılıb

Azərbaycan, Bakı, 28 oktyabr / , müxbir R.Ergun/ Azərbaycan "Neftçi" futbol klubunun bir neçə aparıcı oyunçusu komandadan çıxarılıb.

Klubdakı mənbədən çərşənbə axşamı Trend -a verilən məlumata görə, klubun kapitanı müdafiəçi Rəşad Sadıqov, yarımmüdafiəçilər Georgi Adamiya və Aleksandr Çertaqanov bu gün klubun heyətindən uzaqlaşdırılıb.

Trend - un arayışı: Azərbaycan Premyer - Liqasında uğursuz çıxış edərək, turnir cədvəlində 10 - cu yerdə olan "Neftçi"də futbolçularla almaniyalı baş məşqçi Hans Yurgen Gede arasında böyük problem yaranıb. Problemlərin həll olunması üçün klub rəhbərliyinin qış fasiləsi dövründə ya baş məşqçini, ya da bir qrup futbolçunu komandadan uzaqlaşdıracağı gözlənilir.

Sadıqov Azərbaycanın futbol üzrə yığmasının da kapitanıdır. Adamiya və Çertaqanov isə, 2005-ci ildən "Neftçi"də oynayırlar.

Futbolçuların heyətdən uzaqlaşdırılmasına səbəb kimi onların son turlarda zəif oyun nümayiş etdirməsi göstərilib.

Mənbə heyətdən daha bir neçə oyunçunun çıxarılacağını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti