...

Azərbaycanın "Neftçi" klubunun sabiq kapitanı iki yerli klubdan təklif alıb

Cəmiyyət Materials 29 Oktyabr 2008 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubundan uzaqlaşdırılan Rəşad Sadıqova iki klubdan təklif gəlib. Bu barədə Trend -a futbolçuya yaxın mənbələr məlumat verib.

Trend -un arayışı: Dünən "Neftçi" klubundan altı futbolçu - Rəşad Sadıqov, Georgi Adamiya, Aleksandr Çertoqanov, Levent Kartop, Rəşad Sadiqov və Elnur Allahverdiyev kənarlaşdırılıb. Klub rəhbərliyi və baş məşqçi bu futbolçuları əvəzedici komandaya göndərmək qərarına gəlib. Futbolçular isə əvəzedici komandada oynamaqdan imtina ediblər.

"Neftçi"nin baş məşqçisi almaniyalı Hans Yurgen Gededir.

Sadıqov özü Trend -a açıqlamasında hələ gələcək karyerası ilə bağlı qərar vermədiyini bildirib. "Neftçi"nin sabiq kapitanı yerli klublardan təklif gəldiyini təsdiqləsə də, əlavə məlumat verməyib.

Futbolçu deyib ki, "Neftçi"dən uzaqlaşdırılıqdan sonra yığma komandadakı vəziyyətinin necə olacağını bilmir.

Sadıqov Azərbaycan yığma komandasının kapitanıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti