...

Azərbaycanın "Neftçi" klubunun yeni kapitanı müəyyənləşib

Cəmiyyət Materials 29 Oktyabr 2008 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun yeni kapitanı müəyyənləşib. Bu barədə Trend -a komandanın mətbuat xidmətindən məlumat verilib.

"Neftçi"nin kapitanı Zaur Tağızadə uzun müdətdir zədəli olduğundan onu Rəşad Sadıqov əvəzləyirdi. Sadıqovun heyətdən uzaqlaşdırılmasından sonra isə komanda kapitansız qalmışdı.

Bu gün MOİK-lə oyundan bir saat əvvəl keçirilən klubdaxili iclasda kapitan sarğısı "Neftçi"nin aparıcı futbolçularıdan olan Samir Əliyevə tapşırılıb.

Əliyev uzun müddət futbol üzrə Azərbaycan yığma komandasının formasını geyib. Bir müddət əvvəl ağır zədə aldıqdan sonra isə milli komandaya çağırılmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti