...

Azərbaycanın "Neftçi" klubundan daha bir legioner futbolçu uzaqlaşdırılıb

Cəmiyyət Materials 6 Noyabr 2008 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir R.Ergün/ Gürcüstanlı futbolçu Georgi Çelidze Azərbaycanın "Neftçi" klubundan uzaqlaşdırılıb. Bu barədə Trend -a futbolçuya yaxın mənbələr məlumat verib.

Çelidzenin "Neftçi" ilə altı aylıq müqaviləsi olsa da, o, komandadan vaxtından əvvəl ayrılıb.

Gürcüstanlı futbolçu "Neftçi"də çıxış etdiyi dövrdə təsadüfi hallarda komandanın oyunlarında iştirak edib. Hücumçu mövqeyində çıxış edən futbolçunun komandadan uzaqlaşdırılmasının səbəbi kimi istənilən səviyyədə oynamaması göstərilir.

Çelidze "Neftçi"yə bu ilin yayında gəlmişdi.

Bir müddət əvvəl "Neftçi"dən daha atı futbolçu - Rəşad Sadıqov, Georgi Adamiya, Levent Kartop, Aleksandr Çertoqanov, Elnur Allahverdiyev və Rəşad Sadiqov uzaqlaşdırılıb.

"Neftçi"nin baş məşqçisi almaniyalı Hans Yurgen Gededir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti