...

Azərbaycanın şimalındakı insan məzarlığında muzeyin yaradılması üçün dövlət büdcəsindən vəsaitin ayrılması gözlənilir

Cəmiyyət Materials 8 Noyabr 2008 13:02 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 08 noyabr / Trend A.Qafarov/ Azərbaycanın şimalında yerləşən (paytaxt Bakıdan 170 kilometr aralı) Quba rayonundakı insan məzarlığında muzeyin yaradılması üçün gələn ilin dövlət büdcəsindən vəsaitin ayrılması gözlənilir, - şənbə günü Trend -a Milli Məclisin iqtisadi -siyasət daimi komissiyasının üzvü Vahid Əhmədov bildirib.

"Quba məzarlığında muzeyin yaradılması üçün Baş nazirə müraciət olunub", - Əhmədov deyib.

Trend - un arayışı: 2007- ci il aprelin ortalarında Quba şəhər stadionunun tikintisi zamanı kütləvi insan məzarlığı aşkarlanıb. Ekspertlər burada insanların nizamsız şəkildə dəfn olunması və digər amillərə əsaslanaraq, onların 1918 - ci ildə ermənilərin soyqırımına məruz qaldığını sübuta yetiriblər. Qubadakı insan məzarlığında ekspertiza aparan AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Ekspertiza qrupunun rəhbəri Qəhrəman Ağayev isə, şənbə günü Trend - a bildirib ki, qısa müddətdə muzey yaradılmasa, məzarlıq bütövlükdə itirilə bilər.

"Keçən il axar sular və intensiv yağan yağışlar məzarılqdakı bir quyunu yuyub aparıb. İndi ikinci quyunun dağılma təhlükəsi var",- Ağayev əlavə edib.

İndiyə qədər 410 insan sümüyünün qalığı aşkarlanıb. Məzarlıqda 600 - dən artıq insanın sümüklərinin qalığının olduğu güman edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti