...

Azərbaycanda ali təhsilin beynəlxalq standartlara müvafiq olmaması Turkiyə ilə diplomların qarşılıqlı tanınmasına mane olur - nazir

Cəmiyyət Materials 13 Noyabr 2008 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanda ali təhsilin beynəlxalq standartlara müvafiq olmaması Azərbaycan ilə Turkiyə arasında diplomların qarşılıqlı tanınmasına mane olur.

"Diplomların qarşılıqlı tanınması problemi Azərbaycanın tibb və hüquq üzrə ali təhsili beynəlxalq standartlara cavab verməyənədək qalacaq", - deyə Azərbaycanın təhsil naziri Misir Mərdanov Türkiyənin Ali Təhsil Şurasının sədri Yusif Ziya Ozcan ilə görüşdə bildirib.

Ozcan Azərbaycanda ikigünlük səfərdədir. O, ali təhsil müəssisələrinin rektorları və ölkədə təhsil alan türkiyəli tələbələrlə görüşəcək.

Azərbaycanda 4 500 türkiyəli tələbə, Türkiyədə isə təqribən 599 azərbaycanlı tələbə təhsil alır.

Ozcan bildirib ki, diplomların tanınması sahəsində problemlər Azərbaycanda ali təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasından sonra həll olunacaq. "Ümid edirik ki, bu problemlər zaman keçdikcə öz həllini tapacaq", - deyə o bildirib.

Nazirin sözlərinə görə, tibb və hüquq fakultələrində təhsil alan tələbələrin valideynləri bu sahədə ali təhsilin beynəlxalq standartlara müvafiq olmaması barədə söhbət düşdükdə narazılıqlarını ifadə edirlər. "Onlar ali tibbi təhsilin 12 il davam edəcəyindən narazıdırlar və diplomların qarşılıqlı tanınmasını tələb edirlər", - deyə Mərdanov bildirib.

Bu problemlər, nazirin sözlərinə görə, "Təhsil haqqında" qanun qəbul olunanadək öz aktuallığını itirməyəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti