Azərbaycan, Bakı, 17 noyabr/ Trend , müxbir R.Ergün/ Voleybol üzrə Azərbaycan yığma komandasının lideri Natalya Məmmədovanın çıxış etdiyi "Türk Telekom" klubu Türkiyə çempionatında məğlub olub.
Bazar günü "Eczaçıbaşı Zentiva" klubunu qəbul edən "Türk Telekom" 1:3 hesabı ilə uduzub. Məğlubiyyətə baxmayaraq, türkiyəli jurnalistlər Məmmədovanın oyununu yüksək qiymətləndirib.
"Türk Telekom" 6 oyundan sonra 13 xalla turnir cədvəlinin 2-ci pilləsində yer alıb.
Türkiyə çempionatında çıxış edən digər azərbaycanlı voleybolçu - Valeriya Korotenkonun üzvü olduğu "Fənərbaxça Acıbadem" klubu isə "Nilufer Bələdiyyəsi" üzərində 3:0 hesabı ilə qələbə qazanıb.
"Fənərbaxça Acıbadem" 12 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]