...

Almaniyalı baş məşqçi Braziliyadan və Rusiyadan olan futbolçuları Azərbaycan yığmasına çağırıb

Cəmiyyət Materials 20 Noyabr 2008 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr/ Trend , müxbir R.Ergün/ Bu ilin dekabr ayının 1-dən 3-dək Bakıda təlim-məşq toplanışı keçirəcək futbol üzrə Azərbaycan yığma komandasının heyəti açıqlanıb. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan yığmasının almaniyalı baş məşqçisi Berti Foqts toplanışa 35 futbolçunu dəvət edib.

Foqtsun millinin düşərgəsinə dəvət etdiyi futbolçular arasında Ernani Pereyra və Sergey Sokolovun olması daha çox maraq doğurur. Azərbaycan vətəndaşlığını qəbul etmiş hər iki futbolçu yığmada Şahin Diniyevin rəhbərliyi altında çıxış edib.

Braziliyadan olan Pereyra hazırda "Karvan", Sokolov isə "Simurq" klubunda çıxış edir.

Azərbaycan yığması dünən Bakıda Albaniya millisi ilə keçirdiyi yoldaşlıq oyununda heç-heçə (1:1) edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti