...

Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Romaya səfər edəcək

Cəmiyyət Materials 21 Noyabr 2008 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov İtaliyanın paytaxtı Romaya səfər edəcək. Bu barədə Trend - a Federasiyanın mətbuat xidməti məlumat verib.

Noyabrın 28 -də Romada Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXII Konqresi işə başlayacaq.

İclasda İCF-nin prezidenti Ulrix Feldhoff, baş katib Simon Tulson, vitse-prezidentlər, qitələr üzrə assosiasiyaların nümayəndələri, İşçi Qrupu və komissiya rəhbərləri hesabatla çıxış edəcəklər.

Mətbuat xidmətinin məlumatında bildirilir ki, iki gün davam edəcək iclasda İCF-nin yeni vitse-prezidentləri, İcraiyyə Komitəsinin üzvləri və müxtəlif komissiyaların rəhbərləri seçiləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti