...

Futbol üzrə Azərbaycan yığma komandası üzvünün çıxış etdiyi Serbiya klubu qələbə qazana bilməyib

Cəmiyyət Materials 24 Noyabr 2008 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının üzvü Branimir Subaşiçin çıxış etdiyi "Srvena Zvezda" Serbiya çempionatında qələbə qazana bilməyib.

13-cü tur çərçivəsində keçirilən "Yavor" - "Srvena Zvezda" oyunu 1:1 hesabı ilə başa çatıb.

Baş məşqçi oyunun 75-ci dəqiqəsində Subaşiçi meydana buraxıb.

"Srvena Zvezda"nın baş məşqçisi serbiyalı Çudomir Yanevskidir.

"Srvena Zvezda" hazırda 24 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti