Azərbaycan, Bakı, 24 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın kişilərdən ibarət şahmat üzrə yığma komandası Ümumdünya Şahmat Olimpiadasında Misir millisi ilə görüşdə qələbə qazanıb.
Azərbaycan yığmasının heyətində Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Qədir Hüseynov və Rauf Məmmədovun qələbə qazanması, ümumi hesabın 4:0 olması ilə nəticələnib.
Kişilərdən ibarət Azərbaycan yığması növbəti - 11-ci turda Fransa millisi ilə görüşəcək.
Hesabında 14 xal olan Azərbaycan komandası hazırda 9-cu yerdədir.
Azərbaycanın qadınlardan ibarət yığma komandası isə Fransaya məğlub olub - 1:3.
Hesabında 12 xal olan Azərbaycan millisi 18-ci yeri tutur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]