...

Azərbaycanlı futbolçunun çıxış etdiyi klub Polşanın Liqa kubokunda qələbə qazana bilməyib

Cəmiyyət Materials 26 Noyabr 2008 11:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının üzvü Saşa Yunisoğlunun çıxış etdiyi "Poloniya" klubu Polşanın Liqa kubokunda qələbə qazana bilməyib.

Dünən axşam keçirilən "Poloniya" - LKS oyunu 1:1 hesabı ilə başa çatıb.

Yunisoğlu bu oyunda 90 dəqiqə meydanda olub və sarı vərəqə ilə cəzalanıb.

Müdafiəçi mövqeyində çıxış edən futbolçu budan əvvəl Polşa çempionatı və Liqa kuboku çərçivəsində keçirilən oyunların iştirakçısı olmayıb. Yunisoğlunun qış fasiləsi dövründə "Poloniya"dan LKS-yə keçəcəyi gözlənilir.

Yunisoğlu noyabrın 19-da Bakıda Azərbaycan və Albaniya komandaları arasında keçirilən yoldaşlıq oyununu iştirakçısı olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti