...

Mini futbol üzrə "Aznet" Kubokunda qrup mərhələsinin oyunları başa çatıb

Cəmiyyət Materials 1 Dekabr 2008 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın İnternet portalları arasında təşkil olunan mini futbol üzrə ənənəvi "Aznet" Kubokunda üçüncü turun oyunları keçirilib.

Qrup mərhələsinin son turunda dörd oyun baş tutub: "Novosti" - "Rapid" 3:4, "Statoil" - "Armada" 6:7, "Azercell" - "Azeri Fans" 4:2, "TİD Consulting" - "Azerisport" 8:5.

Son turdan sonra 1/4 final mərhələsinə 8 komanda vəsiqə qazanıb: Trend , "Əyləncə", "Armada", "Statoil", "Azercell", "Azəri Fans", "Baku Reds" və "TİD Consulting".

1/4 finalda Trend - "Azeri Fans", "Azercell" - "Əyləncə", "Armada" - "TİD Consulting" və "Baku Reds" - "Statoil" oyunları keçiriləcək.

Üç oyunda 12 qol vuran Vüsal Qasımzadə (TİD Consulting) bombardirdir.

"Aznet" Kubokunun oyunları "Olimpik Star" idman kompleksində keçirilir.

Turnirin sponsoru "Rest" restoranıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti