...

Azərbaycanın "Bakı" klubu daha iki futbolçusu ilə yollarını ayıra bilər – komandanın vitse-prezidenti

Cəmiyyət Materials 4 Dekabr 2008 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubu daha iki futbolçusu ilə yollarını ayıra bilər.

"Daha iki futbolçu ilə yollarımızı ayırmaq fikrimiz var. Bununla bağlı son qərar sabah veriləcək", -cümə axşamı Trend -a "Bakı" klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Məmmədov makedoniyalı Georgi Xristovun komandadan ayırılmasına futbolçunun özünün səbəb olduğunu bildirib.

"Biz Xristovu böyük ümidlərlə transfer etmişdik. O, Avropada tanınmış futbolçulardan idi. İngiltərə klublarında çıxış edib, Makedoniyanın yığma komandasının liderlərindən olub. Ancaq bizim ümidlərimizi doğrultmadı. Birinci dövrədəki çıxışı həm baş məşqçini, həm də klub rəhbərliyini narazı salmışdı. Buna görə də Xristovla yollarımızı ayırdıq", - deyə vitse-prezident əlavə edib.

"Bakı"nın baş məşqçisi makedoniyalı Qyoko Hacievskidir.

Məmmədov Xristovun əvəzinə yeni futbolçunun transfer ediləcəyini deyib.

"Yeni futbolçular transfer etməyi planlaşdırırıq. Artıq danışıqlar gedir. Yeni futbolçular 2009-cu ilin yanvar ayının əvvəllərində "Bakı"ya gələcək", - o deyib.

"Bakı" Azərbaycan Premyer-Liqasının birinci dövrəsini 29 xalla 2-ci pillədə başa vurub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti