...

Azərbaycanın futbol yığmasının keçmiş baş məşqçisinin yerli klublardan birinə keçməsi baş tutmayıb

Cəmiyyət Materials 11 Dekabr 2008 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Vaqif Sadıqovun yerli klublardan birinə keçməsi baş tutmayıb.

"Həmin klubun adını açıqlamaq istəmirəm. Amma aramızda danışıq olmuşdu. Görünür, mənim şərtlərim həmin klubun rəhbərliyini qane etməyib", - cümə axşamı Trend -a Sadıqov deyib.

Sadıqov fasilələrlə üç dəfə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsində fəaliyyət göstərib. Onun rəhbərliyi dövründə milli komanda daha çox yoldaşlıq oyunlarında qələbə qazanması və heç-heçə etməsi ilə yadda qalıb.

Baş məşqçi bildirib ki, Bakının "Standard" klubundan ona təklif gəlməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.

"Standard" klubundan mənə nə rəsmi, nə də qeyri-rəsmi təklif gəlib. Belə bir şey olsa idi, gizlətməzdim", - deyə Sadıqov əlavə edib.

Hazırda "Standard" komandasının baş məşqçisi gürcüstanlı Kaxaber Tsxadadzedir. "Standard"ın Azərbaycan Premyer-Liqasının birinci dövrəsində elə də uğurlu çıxış etməməsi bu komandanın baş məşqçisinin istefaya göndərilcəyi ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.

Sadıqov deyib ki, ailəsindən uzaqda qalmaq istəmədiyi üçün karyerasını xaricdə davam etdirmək variantını ciddi qəbul etmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti