...

Erməni diasporu Azərbaycan diasporunun möhkəmlənməsindən narahatdır – Dövlət Komitəsinin rəhbəri

Cəmiyyət Materials 18 Dekabr 2008 12:32 (UTC +04:00)
Erməni diasporu Azərbaycan diasporunun möhkəmlənməsindən narahatdır – Dövlət Komitəsinin rəhbəri

Azərbaycan, Bakı, 18 dekabr/ Trend , müxbir C.Babayeva/ Erməni diasporu Azərbaycan diasporunun dünyada möhkəmlənməsindən narahatdır. Bu barədə Dünya Azərbaycanlılarının Koordinasiya Şurasının bu gün keçirilən iclasında Azərbaycanın Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

"Azərbaycan diasporu dünyada idealoji taktika ilə işləyir", - deyə İbrahimov bildirib. Komitə sədrinin sözlərinə görə, o, Dağlıq Qarabağ münaqişəsi məsələsində olduqca həssasdır. "Diasporun möhkəmlənməsi bizləri sevindirir. Əminəm ki, o, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verəcək", - deyə Dövlət Komitəsinin rəhbəri qeyd edib.

Bu gün Bakıda Dünya Azərbaycanlılarının Koordinasiya Şurasının "Azərbaycan - Şərqə qapı" mövzusunda iclası keçirilir. İclas hər il dekabrın 31-də qeyd edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub.

Koordinasiya Şurası 2001-ci il noyabrın 9-10-da keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında yaradılıb və tərkibinə 45-i xaricdə yaşayan 109 nəfər daxildir.

İclas zamanı Dünya Azərbaycanlılarının II Qrultayından ötən dövr ərzindəki fəaliyyətə yekun vurulacaq və gələcək məqsəd və vəzifələr dəqiqləşdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti