...

Azərbaycan Mətbuat Şurası ilin sonunadək həbsdə olan jurnalistlərin əfv olunacağna ümid edir

Cəmiyyət Materials 18 Dekabr 2008 13:59 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası  ilin sonunadək həbsdə olan jurnalistlərin əfv olunacağna ümid edir

Azərbaycan, Bakı, 18 dekabr/ Tren , müxbir C.Babayeva/ Azərbaycan Mətbuat Şurası ilin sonunadək həbsdə olan jurnalistlərin əfv olunacağına ümid edir.

"Biz Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə əfv fərmanının imzalanacağına və həbsdə olan jurnalistlərin onların sıralarına daxil ediləcəyinə ümid edirik. Həmkarlarımızın tezliklə ailələrinə və kollektivlərinə qayıtmasını arzu edirik", - deyə cümə axşamı jurnalistlərə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Azərbaycanda üç jurnalst - "Azadlıq" qəzetinin baş redaktoru və əməkdaşı Qənimət Zahid və Mirzə Sakit və "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev müxtəlif cəza müddəti ilə azadlıqdan məhrum edilib.

"Həbsdə olan jurnalistlər öz cəzalarını kifayət qədər çəkiblər və onların öhdəliyində yaşlı valideynlər var. Jurnalistlərin əfv olunması Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərəcək və söz və mətbuat azadlığı ilə bağlı hesabatlarda Azərbaycan sonuncu yerlərdə olmayacaq", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti