...

Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb

Cəmiyyət Materials 19 Dekabr 2008 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr/ Trend , müxbir R.Ergün/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması keçirilib.

Avropanın aparıcı klublarının iştirak etdiyi turnirin ilk həlledici mərhələsində bu komandalar qarşılaşacaq: "Çelsi" - "Yuventus", "Vilyareal" - "Panatinaikos", "Sportinq" - "Bavariya", "Atletiko" (Madrid) - "Portu", "Lion" - "Barselona", "Real" (Madrid) - "Liverpul", "Arsenal" - "Roma", "İnter" - "Mançester Yunayted".

Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyunlar 2009 - cu ildə, fevralın 24 -25 -də, cavab oyunları isə, martın 10 -11-də keçiriləcək.

Çempionlar Liqasını sonuncu qalibi İngiltərənin "Mançester Yunayted" klubu olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti