...

Azərbaycanın "Muğan" klubu heyətinə 3 yeni futbolçu cəlb edib

Cəmiyyət Materials 22 Dekabr 2008 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Muğan" futbol klubu heyətinə 3 yeni futbolçu cəlb edib. Bu barədə Trend - a kluba yaxın mənbələr məlumat verib.

"Muğan" klubunun rəhbərliyi yeni oyunçularla müqavilə bağlamadığı üçün, onların adları açıqlanmır.

Salyan şəhərini təmsil edən "Muğan"ın qış fasiləsi dövründə 7-8 futbolçu ilə müqavilə bağlayacağı gözlənilir.

Hesabında 5 xal olan "Muğan" Azərbaycan Premyer-Liqasının birinci dövrəsindən sonra 12 - ci yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti