...

Azərbaycanın Mətbuat Şurasının sədri "İlin qalibi" mükafatına layiq görülüb

Cəmiyyət Materials 2 Yanvar 2009 11:12 (UTC +04:00)

Azərbaycan, Şəki, 02 yanvar / Trend , müxbir X.Əliyeva/ Azərbaycanın Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuat sahəsində "İlin qalibi" mükafatına layiq görülüb.

Şəkidə müxtəlif nominasiyalar üzrə 2008 - ci ilin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Amaşov bildirib ki, Şəki  kütləvi informasiya vasitələrinin sayına görə Gəncə və Sumqayıtdan sonra üçüncü yerdə olsa da, keyfiyyət baxımından  birincidir. "Şəkidə KİV-in fəaliyyətinə əlverişli şərait yaradılıb", - Amaşov deyib. 

Təqdimat mərasimində Şəkidə yeni fəaliyyətə başlayan yerli "Kanal-S" televiziyasının yaradılması layihəsinin uğurla başa çatdırılmasına görə, kanalın baş direktoru Rüstəm Əliyevə "İlin ən uğurlu layihəsi" nominasiyasında qalib elan olunub.

Şəkidə elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə uğur qazanmış nominantlara da 2008-ci ilin qalibi mükafatları verilib.

Şəki Azərbaycanın şimal - qərbində, paytaxt Bakıdan 352 km məsafədə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti