...

Azərbaycanlı futbolçunu baxışa dəvət edən Türkiyə klubunun yeni baş məşqçisinin adı məlum olub

Cəmiyyət Materials 6 Yanvar 2009 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 yanvar/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqovun baxışdan keçdiyi Türkiyənin "Kocaelispor" klubunun yeni baş məşqçisi Kaan Dobra olub. Bu barədə klubun rəsmi saytı məlumat verib.

"İndi çox çətin vəziyyətdəyik. Belə vəziyyətdə klubu buraxıb gedə bilməzdim",  - yeni baş məşqçi deyib.

Dobra futbolçu kimi uzun müddət "Kocaelispor" və "Beşiktaş" klublarında çıxış edib.

Sadıqov "Kocaelispor"un düşərgəsinə üç gün əvvəl gedib. Müdafiəçi mövqeyində çıxış edən futbolçunun  "Kocaelispor"a getməsində bu komandanın kapitanı Bülent Bölükbaşı vasitəçilik edib.

"Kocaelispor"un əvvəlki baş məşqçisi Yılmaz Vural maliyyə problemlərinə görə istefa verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti